Ukrayna ordusu daha 8 iran PUA-sını MƏHV ETDİ

 09:30 18.10.2022     347

Oktyabrın 17-də axşam saatlarında Ukraynanın mərkəzində hava hücumundan müdafiə qüvvələri 8 ədəd “Şahed-136” kamikadze-dronunu məhv edib.

Bu barədə Demedia.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadla xəbər verir.

Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri Qara dənizdən atılan iki “Kalibr” qanadlı raketini vurub.

Xatırladaq ki, bu gün Rusiya ordusu Kiyevi dronlarla vurublar. Hücum nəticəsində hündür mərtəbəli bir binada partlayış meydana gəlib, 4 nəfərin öldüyü bilinir.