Təyyarə yaşayış binasına çırpıldı - 6 ölü, 19 yaralı, 6 itkin
Rusiyanın Yeyskdə Su-34 təyyarəsinin doqquzmərtəbəli yaşayış binasının üzərinə düşməsi nəticəsində 6 nəfər ölüb, daha 19 nəfər yaralanıb, daha 6 nəfərin taleyi məlum deyil.
Demedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova hadisə yerində məlumat verib.
"6 nəfər ölüb. 19 nəfər yaralanıb, o cümlədən iki uşaq", - Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin sözçüsü bildirib.
Onun sözlərinə görə, evin 6 sakininin taleyini müəyyən etmək qalır. Amma hələlik bütün mənzillərə baxış keçirilməyib.