Rusiya və İran birgə təlimlər keçirəcək
Rusiya və İran Hərbi Dəniz Qüvvələri Hind okeanında birgə təlimlər keçirəcək.
Nexeber.az Trend-ə istinadən bildirir ki, bu barədə İran ordusunun mətbuat xidməti bildirib.
Qeyd olunub ki, təlimlər fevralın 16-da başlayacaq.
"Dəniz təhlükəsizliyi kəməri" adı verilən təlimlər Hind okeanının şimal hissəsində keçiriləcək.