Ukraynada hərbi xidmətə çağırış ləğv edildi



 23:29 18.10.2022     469

Ukrayna Ali Radası hərbi vəziyyət dövründə hərbi xidmətə çağırışın həyata keçirilməməsini təmin edib. 

Demedia.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, “Hərbi öhdəlik və hərbi xidmət haqqında” Ukrayna Qanununa hərbi vəziyyət dövründə hərbi xidmətə çağırışın həyata keçirilmədiyini müəyyən edən yeni maddə əlavə edilib.

Belə ki, hərbi vəziyyət dövründə çağırış komissiyalarının fəaliyyəti ilə bağlı dəyişikliklər edilməsi barədə "prezident qanun layihəsinin qəbulu üçün” ümumilikdə 318 xalq deputatı səs verib.