Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan etdi



 17:01 19.10.2022     334

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət rejimi elan edilməsi haqqında sərəncam imzalayıb.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısı Təhlükəsizlik Şurasının video-konfrans formatındada keçirilən iclasında açıqlayıb.

V.Putinin sədrliyi ilə keçirilən toplantıda miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması, ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitlik maraqları naminə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərə baxılır.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin iclasda məruzəsi dinləniləcək.