“Ukrayna məsələsində Türkiyə..." - Akar açıqladı
“Ukrayna məsələsində Türkiyəyə qarşı qərəzli mövqe tutmaq istəyənlər də var”.
Demedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı balanslı siyasət yeridir: “Bunu digər tərəflər də başa düşməlidirlər. Bəziləri anlasa da, Türkiyəyə qarşı qərəzli mövqe tutmaq istəyənlər də var”.
H.Akar həmçinin xatırladıb ki, Türkiyə ilə məsafəli davranan ölkələr belə Ukrayna taxılının xarici bazara çıxarılması ilə bağlı əldə olunan razılığı alqışlayıb.