Britaniyanın Baş naziri istefa verdi



 16:47 20.10.2022     476

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

Demedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, 45 gün əvvəl bu vəzifəyə təyin edilmişdi.

L.Trass həmçinin Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.

Qeyd edək ki, o, yeni hökumət başçısı seçilənədək ölkənin Baş naziri vəzifəsində qalacaq. L.Trass Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədrinin növbəti həftələrdə seçiləcəyini açıqlayıb. 

O, bu vəzifəyə təyin edilənədək Britaniyanın xarici işlər naziri idi.