Bayden Trasın istefasına reaksiya verib
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyanın Baş naziri Liz Trasın istefa qərarına reaksiya verib.
Bu barədə Demedia.az “The New York Times”a istinadən xəbər verir.
Amerika lideri siyasətçini Vaşinqton üçün yaxşı tərəfdaş adlandırsa da, onun vəzifədən getməsini düzgün hesab edib-etməməsi sualına cavab verməyib.
Prezident qeyd edib ki, Trasın vəzifədən getməsinə baxmayaraq, ABŞ-Britaniya əməkdaşlığının davam etdiriləcəyinə ümid bəsləyir.
"İstefasının düzgün addım olub-olmadığına qərar vermək onun ixtiyarındadır. O, ABŞ-ın Ukrayna üzrə böyük tərəfdaşı idi. Britaniyalılar isə problemlərini həll etməyə hazırlaşırlar", - Bayden deyib.
Bayden həmçinin əlavə edib ki, onun istefası iki dövlət arasında münasibətlərə təsir etməməlidir.
"ABŞ və Böyük Britaniya güclü müttəfiqlər və əsl dostlardır - bu heç vaxt dəyişməyəcək. Baş nazir Liz Trasa bir sıra məsələlərdə tərəfdaşlığına görə təşəkkür edirəm. Ölkələrimizin üzləşdiyi çətinliklər qlobal problemləri həll etmək üçün birlikdə işləyərkən Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik”, - Bayden deyib.