Ermənistanda hərbi akademiya satışa çıxarıldı
Ermənistanın Dilican şəhərində terrorçu Monte Melkonyanın adını daşıyan hərbi idman akademiyasının satışa çıxarıldığı məlum olub.
Demedia.az xəbər verir ki, bu barədə "Hayeli" nəşri məlumat yayıb.
Bildirilir ki, əslində akademiyanın ərazisinin böyük hissəsi hələ 2019-cu ildə satışa çıxarılıb.
Buna səbəb hələ sovet dövründə tikilən və hazırda istifadəyə yararsız akademiyanın təmir xərcləri çoxlu vəsait tələb etdiyi üçün Nikol Paşinyan hökuməti belə bir addım atıb.
İddialara görə, akademiyanın 8 hektarlıq ərazisinin böyük hissəsi hazırda turizm obyekti kimi fəaliyyət göstərir.
Jurnalist araşdırması nəticəsində ortaya çıxan fakt sosial şəbəkələrin Ermənistan seqmentini də əməlli-başlı silkələyib.