Xarkovda silsilə partlayışlar oldu
Rus qoşunları Xarkova hücum edir. Sakinlərdən sığınacaqlarda qalmağa çağırılıb.
Demedia.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
"Xarkov sakinlərinin nəzərinə: sığınacaqlarda qalın! Rusiya işğalçıları vilayət mərkəzinə zərbələr endirirlər”,- o yazıb.
Həmçinin qeyd olunub ki, Xarkov şəhərinin bir neçə nöqtəsində qatı tüstü görünür.