Ukraynanın hər yerində hava xəbərdarlığı ELAN EDİLDİ

 12:44 22.10.2022     580

Bu gün səhər saatlarında Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.

Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bir neçə rayonda partlayış səsləri eşidilib.

Nikolayev vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Rusiya raketləri cənub istiqamətindən buraxılıb.

"Raketlər bizdən yan keçib. Yəqin ki, ölkənin qərb və mərkəzi hissələrinə düşüb", - o deyib.

Eyni zamanda, Hərbi Administrasiyanın rəhbəri Oleksiy Kuleba Kiyev vilayətində hava hücumundan müdafiə sisteminlərinin (HHM) işə salındığını bildirib.

"Sığınacaqlardan çıxmayın. HHM sistemlərini, düşmən obyektlərini və onların düşməsini əks etdirən foto və videoçəkiliş qadağasını unutmayın. Özünüzə diqqət edin və sakit olun!", - O.Kuleba vurğulayıb.