Amerikalı keşişin etdiyi hər kəsi ŞOKA SALDI
ABŞ-ın Luiziana ştatında tanınmış baptist keşiş 30 ildən artıqdır ki, kilsə, ,icma və məktəb üçün nəzərdə tutulan pulu mənimsədiyini etiraf edib.
Demedia.az xəbər verir ki, Çarlz Sautholl adlı xristian rahib təxminən 900 min dollar oğurlamağı bacarıbmış.
Məlum olub ki, 2019-cu ildə Sautholl“kilsənin ehtiyacları üçün” bir ziyarətçidən 10 min dollar alıb və onu şəxsi hesabına köçürüb. Bundan əlavə, kilsə binasının təmiri üçün dörd il ərzində toplanılan 106 min 408 dollar da onun tərəfindən mənimsənilib.
Kilsə icması bir məktəb açmağı da planlaşdırırmış, bunun üçün Çarl Sautholla qrantlar və kreditlər ayrılıb. Ancaq heç bir təhsil müəssisəsi açılmayıb. Müstəntiqlər müəyyən ediblər ki, 2013-cü ildən 2017-ci ilə kimi həmin şəxsin bank hesabına 221.000 ABŞ dolları köçürülüb və bu məbləğ məktəbin tikintisi üçün nəzərdə tutulubmuş.
Pastor Çarlz Sautholl kilsənin balansında olan daşınmaz əmlakın icarəsindən əldə olunn 150 min dolları da ələ keçirib. Üstəlik məlum olub ki, kilsənin 500 min dollara yaxın əmlakının bir hissəsi satılıb və bu pul da keşişdən tapılıb.