ŞOK İDDİA! Rusiya iki “fəlakət planı” üzərində işləyir - Kütləvi qırğın silahlarından daha güclü olacaq



 17:16 23.10.2022     699

Ukrayna prezidenti Volodimir Zelenski cəbhədəki müharibədə qalib gəlmək şansı olmayan Rusiya lideri Vladimir Putinin ölkəsini ayağa qaldırmaq ümidi ilə iki fəlakət ssenarisi üzərində işlədiyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, Rusiyanın üzərində işlədiyi ilk ssenari Avropaya yeni kütləvi miqrasiyanı başlatmaqdır.

İkinci plan isə Dnepr çayı üzərindəki Kahovski bəndini sökərək Ukraynanın cənub rayonlarını su altında saxlamaqdır.

“Rusiya iki fəlakət ssenarisini həyata keçirməyə çalışır. Planlardan birincisi odur ki, oktyabrın 10-dan Ukraynanın infrastrukturunu hədəfə alan düşmən qışın ortasında milyonlarla insanımızı işıqsız, susuz qoymaq, aclıq içində saxlamaq istəyir. O düşünür ki, Avropa ölkələrinə yeni böyük miqrasiyaya təkan verməklə Qərbin Ukraynaya dəstəyini dayandıracaq” - Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, Kremlin ikinci planı daha dəhşətlidir:

“Cənubda Xerson vilayətində ilişib qalan rus ordusu Dnepr çayı üzərindəki Kahovski bəndini dağıtmağı planlaşdırır. Əgər bombardman nəticəsində bənd divarı uçarsa, bütün Xerson bölgəsi su altında qalacaq. Ruslar böyük fəlakətə səbəb olacaq planı həyata keçirsələr, kütləvi qırğın silahlarından istifadə etməkdən daha böyük bir qırğına imza atmış olacaqlar. Bunu “soyqırım” adlandırmaq daha məqsədəuyğun olardı”.//Musavat.com