Ermənistanda ölü vəziyyətdə aşkarlanan əcnəbilərin sayı artır
Cari ildə Ermənistanda meyiti tapılan xarici ölkə vətəndaşlarının sayı artaraq 4 nəfərə çatıb.
Qeyd edilir ki, bugünlərdə Davtaşen körpüsündə ölmüş vəziyyətdə tapılan 21 yaşlı şəxsin Rusiya vətəndaşı olduğu məlum olub. Daha əvvəl bildirilib ki, İrəvanın Davtaşen inzibati rayonunda körpünün altından qətlə yetirilmiş iki kişinin meyiti aşkarlanıb.
Faktla bağlı Ermənistanın Cinayət Məsəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, iyulun 1-də Ermənistanda Livan vətəndaşının meyiti aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin 51 yaşlı Şaxe Q. olduğu müəyyənləşib.
Bundan əvvəl isə İrəvanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb. Eyni zamanda daha əvvəl paytaxtda İran vətəndaşının asılmış meyiti tapılıb.//Report.az