Ukrayna Rusiyanın itkilərinin sayını AÇIQLADI

 20:11 23.10.2022     338

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 67 470 hərbçisi məhv edilib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 584 tank, 5 284 zirehli maşın, 1 361 operativ-taktiki PUA, 1 667 artilleriya sistemi, 189 hava hücumundan müdafiə sistemi, 270 təyyarə, 245 helikopter, 4 039 avtomobil və tanker, 148 xüsusi texnikadan ibarətdir.