Ukraynada İranın 273 PUA-sı MƏHV EDİLDİ

 22:14 23.10.2022     367

Sentyabrın 13-dən bu günə kimi Ukrayna hərbçiləri İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatını vurub.

Demedia.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı bu PUA-ların iki növündən istifadə edir.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri daha 4 "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurub.