Türkiyə bölgədə sülhün təmin olunmasının tərəfdarıdır - MÜHÜM GÖRÜŞ
"Türkiyə bölgədə atəşkəs, sülhün təmin olunmasının tərəfdarıdır".
Demedia.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı zamanı bildirib.
Akar deyib ki, ölkəsi humanitar yardım göstərmək və sabitliyin təmin edilməsi üçün əlindən gələni etməyə hazırdır.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli, eləcə də regional məsələlər müzakirə olunub. Xüsusilə, regionda təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi, təxribatların qarşısının alınması üçün tədbirlərin görülməsinə diqqət çəkilib.