Conson yenidən Baş nazir olmaqdan İMTİNA ETDİ
Boris Conson yenidən Böyük Britaniyanın Baş naziri postuna namizəd olmaqdan imtina edib.
Demedia.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə B. Consonun yaydığı bəyanatda deyilir.
"Düşünürəm ki, 2024-cü ildə (ümumi) seçkilərdə Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirilən seçkilərdə uğur qazanmağım və cümə günü (28 oktyabr - Red) "Downing Street"-ə qayıtmaq ehtimalın güclüdür. Amma son bir neçə gün ərzində təəssüf ki, bunun sadəcə olaraq səhv olacağı qənaətinə gəldim", - bəyanatda vurğulanıb.