İçərisində 240 sərnişin olan gəmi alovlandı: ölənlər var

 12:19 25.10.2022     357

İndoneziyanın cənub sahillərində içərisində 240 nəfərin olduğu sərnişin gəmisi yanıb.

Demedia.az bildirir ki, "KM Express Cantika 77" gəmisinin yanması nəticəsində 14 nəfər həlak olub.

Ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatında bildirilib ki, xilasedicilər 226 nəfəri xilas edə bilib.

Qeyd edək ki, İndoneziyada bərə və qayıqlarda faciələr tez-tez baş verir.