Ankara “Qazprom”-dan endirim gözləyir



 16:50 25.10.2022     569

Türkiyə "Qazprom"-dan qaz ödənişlərinin bir hissəsinin təxirə salınmasını istəyib.

Demedia.az “Financial Times”-a istinadla xəbər verir ki, Türkiyə Rusiyadan idxal etdiyi qaza endirim olunması etmək üçün ciddi səy göstərir. Ankara "Qazprom"-dan ödənişləri təxirə salmaq üçün vaxt istəyib.

Türkiyənin maliyyə naziri Nebati məsələ ilə bağlı açıqlama verib:

"Ankara Moskvadan böyük həcmdə qaz alır, indi həm endirim məsələsi, həm də ödəniş problemi ilə bağlı "yaxşı xəbər" gözləyirik".