Britaniyada yeni hökumətin tərkibi elan edildi



 09:12 26.10.2022     332

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant yeni baş nazir Rişi Sunakın hökumətində vəzifəsini saxlaya bilib.

Demedia.az TASS-a istinadən xəbər verir ki, Hant əvvəllər Sunakın özünün tutduğu bu vəzifəyə oktyabrın 14-də Liz Trasın baş nazir olduğu zaman təyin edilib.

Dominik Raab ədliyyə naziri və baş nazirin müavini vəzifəsinə qayıdıb.

Bundan başqa, Ben Uolles Böyük Britaniyanın müdafiə naziri postunda qalıb, Ceyms Kleverli isə yenidən xarici işlər naziri vəzifəsinə təyin edilib.