Kazımi: Bu hücumla xaos yaratmaq istəyirdilər
Ərbilə yönəlik raket hücumunun hədəfi xaos yaratmaq idi.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İraq Baş naziri Mustafa Kazımi deyib.
“Sözügedən hücum hökumətin regionu və ölkəni savaş meydanından çıxarması ərəfəsində baş verdi”, - deyə Kazımi bildirib.
Qeyd edək ki, ötən gün Ərbildə yerləşən ABŞ aviabazası raket atəşinə tutulmuşdu.