ABŞ Almaniya ilə danışıqlara başladı: Şimal Axını-2...



 20:43 16.02.2021     185

Bayden administrasiyası Şimal Axını-2 layihəsinin gələcəyinin müəyyənləşdirilməsi barəsində Almaniya ilə danışıqlara başlayıb.

Nexeber.az xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” qəzeti məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələr zamanı Şimal Axını-2-nin inşasında iştirak edən şirkətlərə qarşı sanksiya təhdidi müzakirə olunur.

Nəşr qeyd edib ki, "Fortuna" gəmisi fevralın 6-da Danimarka sularında boru döşəməyə başladıqdan sonra ABŞ rəhbərliyi layihə ilə bağlı xarici siyasətini yenidən nəzərdən keçirir.

“Bayden hələ də layihə ilə bağlı fikrini açıqlamayıb. Amma Ağ Evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, prezidentin mövqeyi ondan ibarətdir ki, Şimal Axını-2 layihəsi Avropa üçün pis razılaşmadır”, - nəşr bildirib.