13 türkiyəlini öldürən terrorçunun kimliyi açıqlandı
Türkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə təşkil olunan iclasda Qarada 13 Türkiyə vətəndaşını qətlə yetirən PKK terrorçusunun kimliyini açıqlayıb.
Nexeber.az axar.aza istinadən məlumatına görə, nazir bildirib ki, bu, "Sorej” kod adlı Kamuran Atamandır.
H.Akar qeyd edib ki, K.Ataman "narıncı siyahı” ilə axtarışdadır:
"Terrorçu 2017-ci ildən Beyt üş-Şəbab bölgəsində bir çox qətliamda iştirak edib. Oradan müxtəlif yollarla qaçaraq, 2017-2018-ci illərdə Qamışlıda, Derikdə fəaliyyətdə olub”.