Putin Ərdoğanı güclü lider və etibarlı tərəfdaş adlandırdı



 23:15 27.10.2022     574

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü lider və ölkəsinin maraqlarını rəhbər tutan etibarlı tərəfdaşdır.

Demedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

“O, ilk növbədə və ya bəlkə də müstəsna olaraq Türkiyənin, türk xalqının maraqlarını və Türkiyə iqtisadiyyatının maraqlarını rəhbər tutan güclü, möhkəm liderdir. Bu, onun enerji məsələlərində, “Türk axını”nın tikintisi ilə bağlı mövqeyini böyük ölçüdə izah edir”-deyə, Putin vurğulayıb.

O, əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan ilk növbədə öz maraqlarını qoruyur:

“Bu mənada ümumilikdə Türkiyə və xüsusilə də prezident Ərdoğan asan tərəfdaş deyil. Bir çox qərarlar uzun və çətin mübahisələrdə, danışıqlarda doğulur, lakin hər iki tərəfdə bu razılaşmalara nail olmaq arzusu var. Biz isə, bir qayda olaraq, bu razılaşmalara nail oluruq”.

O, həmçinin qeyd edib ki, Rusiya və Türkiyənin bir çox üst-üstə düşən vektorları və qarşılıqlı maraqları var:

“İndi biz avropalı istehlakçılar üçün Türkiyədə qaz qovşağı yaratmağı təklif etmişik. Türkiyə tərəfi də təbii ki, ilk növbədə öz maraqlarına əsaslanaraq razılaşdı”.