Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxdı

 09:12 28.10.2022     345

Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində növbəti dəfə ballistik raket buraxıb.

Demedia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur.

Qeyd edək ki, Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınağı keçirməyə hazırlaşır.