İranda etirazlar davam edir: Daha 3 nəfər öldü
İranda etirazlar davam edir.
Demedia.az xarici mediaya istinadən xəbər verir ki, İranın şimal-qərbindəki Mahabad şəhərində dünən keçirilən etiraz aksiyaları zamanı 3 nəfərin öldüyü bildirilib.
İran dövlət televiziyasının xəbərinə görə, Mahabad şəhərində təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində öldüyü iddia edilən şəxsin dəfn mərasimindən sonra yenidən etiraz aksiyaları keçirilib.
Hadisələr zamanı 3 nəfərin həyatını itirdiyi bildirilsə də, onların kim və kimlər tərəfindən öldürüldüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, rəsmi mənbələrdən hadisələrlə bağlı dəqiq məlumat olmasa da, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı nümayişlərdə 200-dən çox insanın öldüyünü açıqlayıb.