İçkili erməni hərbçilər Qarabağda QƏZAYA DÜŞDÜ
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.
Demedia.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.
Bildirilib ki, spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü qəzaya düşüblər. Qəza zamanı qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb. Digər “könüllü”lər isə ağır yaralanıb.
Xankəndində tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisə ilə bağlı hərbi polis tərəfində araşdırmaya başlanılıb.