Türkiyə 5 Rusiya vətəndaşını saxladı
Türkiyə-Suriya sərhədində 5 Rusiya vətəndaşı saxlanılıb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Rusiyalıların Türkiyəyə Suriyadan qanunsuz keçməyə cəhd edərkən saxlanıldığı bildirilib. Onlardan birinin İŞİD üzvü kimi axtarışda olduğu vurğulanıb.
Ümumilikdə sərhəddə 6 nəfər saxlanılıb ki, onlardan birinin Liviya vətəndaşı olduğu qeyd edilib.