“Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv iştirak edir”

 09:54 30.10.2022     361

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv iştirak edir.

Demedia.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.

“Son iki gündə Ermənistan rəhbərliyi ilə yaxşı görüşlər oldu. Mövcud inkişaf və növbəti addımlar müzakirə edildi. Mən Avropa İttifaqının sülh prosesində davamlı aktiv iştirakını vurğuladım”, - Aİ-nin xüsusi nümayəndəsi sosial şəbəkə hesabında qeyd edib.