Nyu-Yorkda Türkiyə bayrağı ucaldıldı
Oktyabrın 29-da Cümhuriyyət Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Türkiyənin bayrağı ucaldılıb.
Demedia.az Report-a istinadən xəbər verir ki, Türkiyənin milli simvolu maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.
Cümhuriyyət Günü ilə bağlı keçirilən mərasimdə Nyu-York meri Erik Adams, türk diplomatlar və ABŞ-da yaşayan Türkiyə vətəndaşları və həmvətənlərimiz iştirak ediblər.
E.Adams və Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür dövlət himnlərinin müşayiəti ilə Türkiyə və ABŞ bayraqlarını səmaya qaldırılıb.
Çıxışlarda bildirilib ki, artıq 44 ildir Türkiyə bayrağı hər il Cümhuriyyət Günündə ənənəvi olaraq Nyu-Yorkun mərkəzində dalğalanır.
Cümhuriyyət Günü münasibətilə Türkiyə xalqını təbrik edən mer Nyu-Yorkda fəaliyyət göstərən toplumların bütün layihələrinə dəstək verməyə hazır olduğunu deyib.