Mask “Twitter”də ixtisarlara başladı
Amerikalı milyarder İlon Mask Tvitterdə ixtisarlara başlamağı əmr edib.
Demedia.az xəbər verir ki, bəzi menecerlərə işçilərin sayında azalma etmək tapşırılıb.
Hazırda Maskın 7500 əməkdaşından neçəsinin işdən çıxarılması haqqında göstəriş verdiyi məlum deyil.
Bu prosesin noyabrın 1-dək davam edəcəyi gözlənilir.