"Bayraktar" İran PUA-larını vura biləcək raketlərlə təchiz ediləcək



 10:28 31.10.2022     327

“Bayraktar TB2” və “Akıncı” zərbə PUA-ları İran istehsalı “Shahed” kamikadze-dronları ilə mübarizə üçün “hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır.

Demedia.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Doyçe Presse-Agentur”a (dpa) şərhində bildirib.

Onun sözlərinə görə, hazırda şirkət bunu sınaqdan keçirir.

Qeyd edək ki, bu həftə İstanbulda keçirilən “SAHA Expo” sərgisi zamanı “Baykar” Türkiyənin raket şirkəti “Roketsan” ilə pilotsuz təyyarələrdə “Sungur” raketlərindən istifadə etmək üçün razılaşma imzalayıb.

“Roketsan”ın baş direktoru Murat İkinci bildirib ki, bu, “oyunu dəyişdirən” ola biləcək özünü təsdiqləmiş bir döyüş sursatıdır.