Niderland səfiri Rusiya XİN-ə çağırıldı
Niderland Krallığının Moskvadakı səfiri Xilles Arno Besxoor Plux oktyabrın 31-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.
Demedia.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, nazirlikdə səfirə Rusiya XİN-in Haaqadakı hərbi attaşesinin Böyük Britaniya kəşfiyyatı tərəfindən ələ alınmasına etiraz edilib.