Hər şey razılaşdırılıb, Nikol isə xahiş edib ki...



 15:46 03.11.2022     530

Bir görüşün bütün problemləri möcüzəvi şəkildə həll edəcəyinə inanmaq sadəlövlük olardı.

Demedia.az xəbər verir ki, bu fikirləri erməni mediasına müsahibəsində rusiyalı politoloq Aleksandr Krılov deyib.

“Son qərar istiqamətində qətiyyətli addım atılıb - Ermənistan, Rusiya və Azərbaycan liderlərinin qəbul etdikləri yekun bəyanat yalnız qismən dərc olunub, bəzi ciddi məqamların isə bütün tərəflərin razılığı ilə dərc olunmaması qərarı verilib.

Danışıqlar prosesini çətinləşdirməmək, Ermənistanda cəmiyyətin şiddətli reaksiyasına tuş gəlməmək üçün razılaşmaların ciddi məqamları ilə bağlı heç bir məlumatın verilməməsi qərara alınıb. Əslində hər şey artıq razılaşdırılıb, amma Nikol, ehtimal ki, həmkarlarından bu razılaşmaları reklam etməmələrini israrla xaiş edib”, - deyə o qeyd edib.//Axar.az