İmran Xana sui-qəsd oldu



 16:39 03.11.2022     484

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Demedia.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib. 

Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb. 

Hadisənin təfərrüatı hələ məlum deyil.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.