Ukraynadakı müharibə Qərbin bacarıqsızlığını ifşa etdi - Ərdoğan
“Rusiya-Ukrayna müharibəsi bəzi Qərb ölkələri və təşkilatlarının bacarıqsızlığını ifşa etdi”.
Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, hələ bir neçə il əvvəldən başlayaraq dəfələrlə “dünya beşdən böyükdür” (BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə - ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya) bəyanatını səsləndirib və hazırda baş verən proseslər bunu bir daha təsdiqləyir: “Rusiya Prezidenti Vladimir Putinlə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə, BMT Baş katibi Antoni Quterreşlə müzakirələrimiz və balanslı siyasətimiz davam edir”.