ŞOK HADİSƏ: 8 yaşlı uşaq onu dişləyən kobranı öldürdü
Hindistanda Dipak adlı 8 yaşlı uşaq onu sancmış ilandan inanılmaz bir üsulla xilas ola bilib.
Demedia.az xəbər verir ki, 8 yaşlı uşaq zəhərli ilanı dişləyərək öldürüb.
Çattisqa əyalətində evinin həyətində oynayarkən kobra dişləyən uşaq çarəni zəhərli ilanı dişləməkdə tapıb. İki dəfə kobra dişləyən oğlan bu üsulla öz həyatını xilas edə bilib.
Hadisədən sonra danışan uşaq "İlan əlimə dolanaraq məni sancdı. Çox ağrıyırdım. Özümü xilas etməyə çalışdım, amma ondan qurtula bilməyəndə, iki dəfə bərkdən dişlədim. Hər şey bir anda oldu”, - deyə bildirib.
Hadisədən sonra xəstəxanaya aparılan uşağın səhhətinin yaxşı olduğu öyrənilib. Müayinələr zamanı ilanın zəhərini buraxmadığı müəyyən edildikdən sonra bir müddət nəzarətdə saxlanılan uşaq xəstəxanadan buraxılıb.//Musavat.com