Türkiyənin yeni maşını satışa çıxır
Türk Silahlı Qüvvələrinin inventarına daxil olmaq üçün günləri sayan Zirehli Amfibiya Hücum Vasitəsi (ZAHA) ixraca hazırlaşır.
Demedia.az xəbər verir ki, Türk müdafiə sənayesinin zirehli quru vasitəsi istehsalçılarından biri olan FNSS, İndoneziyanın Cakarta şəhərində keçirilən Indo Defence Expo & Forum 2022 Sərgisində ZAHA-nı nümayiş etdirib.
Kvalifikasiya işləri başa çatan və inventarlaşmaya hazırlaşan ZAHA, təxminən 1,5 ayda gəmi ilə İndoneziyaya aparılıb. Sərgi vasitəsilə ZAHA ilk dəfə xaricdə nümayiş etdirilib.
FNSS ZAHA Proqram Meneceri Mustafa Kaplan Anadolu Agentliyinə (AA) bildirib ki, ZAHA Layihəsi 2017-ci ilin mart ayında Müdafiə Sənayesi Rəhbərliyi ilə FNSS arasında imzalanan müqavilə ilə başlayıb.