Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi

 19:33 07.11.2022     350

“Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik əlaməti olan Qələbə Günündə (Zəfər Günü - red.) səmimi arzularımı çatdırıram”.

Demedia.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.

“Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”,- Baş nazir təbrikində bildirib.