Kadırovun “Əhməd” taboru məhv edildi
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetsk və Luqansk vilayətlərinin 8 yaşayış məntəqəsi yaxınlığında Rusiyanın hücumlarını dəf edib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Lisıçanskda isə “Əhməd” taborunun bir bölüyü darmadağın edilib:
“Donetsk vilayətinin Qorlovka şəhərində Rusiya texnikasının cəmləşdiyi əraziyə endirilən zərbələr nəticəsində 5 döyüş maşını məhv edilib, daha 4-ü isə zədələnib”.//Axar.az