Britaniyanın yeni Baş naziri Ukraynaya səfər edəcək



 23:01 07.11.2022     456

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.

O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır:

“Amma səfər mütləq baş tutacaq”.

Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.

Xatırladaq ki, o, hələ seçki kampaniyası dövründə ilk xarici səfərinin Ukraynaya edəcəyini demişdi.