Filippində "Nalci" qasırğası 158 nəfərin həyatına son qoyub
Filippini vuran “Nalci” tropik qasırğasından 4,84 milyondan çox insan zərər çəkib.
Demedia.az-ın məlumatına görə, Fəlakət riskinin azaldılması və onların idarə edilməsi üzrə Milli Şuranın dərc olunmuş hesabatına əsasən, təbii fəlakət nəticəsində 158 nəfər ölüb.
Qurumun məlumatına görə, 368 evakuasiya mərkəzində 491 min köçkün var. 355,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Azı 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 34 nəfər itkin düşüb. Ölkənin 13 regionunda daşqınlar və sürüşmələr də daxil olmaqla təbii fəlakətlər nəticəsində 1,6 min insident qeydə alınıb.
Qasırğa 48,23 min evə ziyan vurub, 4,97 mindən çox evi məhv edib.