Macarıstan Kiyevə yardım etməkdən imtina edir
Macarıstan hakimiyyəti Aİ-nin Ukraynaya birgə toplanan vəsaitlərin köməyi ilə dəstək verilməsi təşəbbüsünə razılıq verməyəcək .
Demedia.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.Onun sözlərinə görə, Budapeşt bütövlükdə Kiyevə yardımdan imtina etmək niyyətində deyil , lakin Aİ çərçivəsində Ukrayna tərəfinin birgə dəstəyini nəzərdə tutan sazişlər bağlamayacaq.
Ukraynaya dəstək üçün belə bir mexanizmin yaradılması Aİ-yə üzv olan bütün dövlətlərin, yəni Macarıstanın təsdiqini tələb edəcək. Bloomberg vurğulayır ki, söhbət Avropa Komissiyasının gələn il üçün Kiyevə yardım kimi təxminən 18 milyard avro ayırmaq planlarından gedir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, AK bu ilin sonuna qədər Ukraynaya daha 3 milyard avro makromaliyyə yardımı ayıracaq .