Peskov Luqanskda təlim keçdi



 09:12 10.11.2022     279

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov işğal altındakı Luqanskda olub, burada yerli jurnalistlər və rəsmilərlə görüşüb.

Demedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko deyib.

"Dmitri Sergeyeviçə (Peskov - red.) təşəkkürlər. Yalnız bu gün (noyabrın 9-na keçən gecə - red.) Luqanskdan qayıdıb və orada Luqanskın media və mətbuat xidmətlərinin nümayəndələri üçün təlim proqramı keçirib”, - o bildirib.

Qeyd edək ki, Peskovun özü səfəri barədə məlumat verməyib.