Putin G20 sammitində iştirak edə bilər
Rusiya prezidenti Vladimir Putinin G20 ölkələrinin sammitində və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitində iştirakı məsələsi Kremldə müzakirə olunur.
Demedia.az xəbər verir ki, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bununla bağlı qərar yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında, APEC iclası noyabrın 18-19-da Tailandın paytaxtı Banqkokda keçiriləcək.