Ermənistanın hərbi itkiləri 4005-ə çatdı



 16:56 18.02.2021     207

Ermənistan İkinci Qarabağ müharibəsində verdiyi itkilərin yeni sayını açıqlayıb.

Nexeber.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasını keçirdiyini, daha 428 meyitin qalıqlarının DNT testindən keçiriləcəyini açıqlayıb.

Beləliklə, rəsmi İrəvanın etiraf etdiyi hərbi itkilər 4005-ə çatıb.

Bununla belə, hakimiyyət ölü, itkin düşənlər və yaralananlarla bağlı yekun rəqəmi hələ də açıqlamayıb.