İranın tanınmış aktrisaları etiraz aksiyalarına qoşuldu
İranın tanınmış aktrisaları Xəzər Məsumi, Dünya Mədəni və Təranə Əlidosti etiraz aksiyalarına qoşulub.
Demedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Onlar etirazçılarla həmrəylik nümayiş etdirmək üçün yaylıqsız fotolarını sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, İranda 56 gündür etiraz aksiyaları keçirilir.