Ukraynanın Nikolayevsk vilayəti azad edildi



 09:07 12.11.2022     571

Ukraynanın Nikolayevsk vilayəti Rusiya hərbçilərindən azad edilib.

Bu barədə Demedia.az UNİAN-a istinadən xəbər verir.

Bununla belə, Nikolayevsk vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Kinburn qəsəbəsi hələ də işğal altındadır.

“İndi bu rəsmidir: bütün Nikolayevsk vilayəti (Kinburn istisna olmaqla) azad edilib”, - o deyib.

Kimin sözlərinə görə, Dneprdən Nikolayevski içməli su ilə təmin edən boru kəməri Ukraynanın nəzarəti altındadır, lakin hələ minalardan təmizlənməyib.

"Mən Nikoda içməli suyun potensial bərpasının vaxtını tezliklə biləcəm", - vilayət hərbi administrasiyanın rəhbəri əlavə edib.