İrana məxsus narkotik daşıyan gəmi saxlanıldı
Yəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib.
Demedia.az xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentliyi məlumat yayıb.
Məlumata görə, 3 yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib.
Agentlik bildirib ki, dənizçilər dindirmə zamanı Yəmən sahillərində İrana məxsus narkotikləri daşıyan gəminin hərəkəti barədə məlumat veriblər.
Təhlükəsizlik bölmələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçirdilər.
Müsadirə edilən narkotiklərin sayı dəqiqləşdirilmir. Gəmi lazımi hüquqi prosedurların həyata keçirilməsi üçün Sokotradakı Hadibu limanına çatdırılıb.
Hazırda bununla bağlı İran rəsmilərindən heç bir açıqlama daxil olmayıb.